Naqif Həmzəyev: Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilirbackend
Azərbaycan koronavirusla mübarizədə model ölkə kimi nümunə göstərilir”.
İctimai.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, müstəqil Azərbaycan dünyanın koronavirus pandemiyası ilə üz-üzə dayandığı bu çətin vəziyyətdə özünün iqtisadi və sosial gücünü bir daha göstərə bildi:
“Dünyanın bir sıra inkişaf etmiş ölkələri Beynəlxalq Valyuta Fondu və Dünya Bankından, digər beynəlxalq qurumlardan yardım üçün müraciət etdiyi halda, Azərbaycan özünün gücü hesabına gözəgörünməz “düşmən”in öhdəsindən gəlməyə qadir olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin uzaqgörənliyi və vaxtında verilmiş qərarları nəticəsində ölkəmizdə vəziyyət stabilləşib. Vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirlər görülüb. Məhz bunun üçün Azərbaycan nəinki, koronavirusla mübarizədə uğurlu ölkə kimi, eyni zamanda dövlətimiz bu sahədə artıq model ölkə kimi nümunə göstərilir. Pandemiya dövründə, xüsusən, son günlərdə əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı atılan addımlar təqdirəlayiqdir. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən ölkədə bütün diqqət vətəndaşların sosial təminatına və məşğulluğuna yönəldilib. Dövlətin hazırladığı dəstək proqramı çərçivəsində koronavirus pandemiyasının vətəndaşlara təsirlərinin minimuma endirilməsi və iqtisadiyyatın dayanıqlığını təmin edilməsi mərhələli şəkildə həyata keçirilir”.
Parlament üzvünün sözlərinə görə, aprelin 14-də videokonfrans şəkildə keçirilən iqtisadi müşavirədə, eləcə də İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərinin rəhbərləri ilə onlayn görüşündə ölkə başçısının vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı verdiyi göstəriş və tapşırıqlar cəmiyyətimiz tərəfindən böyük razılıqla qarşılanıb:
“Artıq məhz Prezidentin qərarı ilə işsiz insanlara müavinətin ödənilməsi artıq 200 min deyil, 600 min nəfəri əhatə edir. Eyni zamanda sosial paket layihəsi çərçivəsində ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi də diqqət mərkəzindədir. Sahibkarlıq subyektləri və fərdi sahibkarlar da pandemiya dövründə sosial paketlərdən yararlana biləcəklər. 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün Sığorta Fondundan 70 milyon manat vəsait ayrılıb. Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi böyük dəyərin göstəricilərindən biri də odur ki, ilin sonuna qədər nəzərdə tutulan bütün sosial proqramlar həyata keçiriləcək, məcburi köçkünlər və digər kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan layihələr icra ediləcək. Verilən qərarlar, icra edilən layihələr bir daha təsdiq edir ki, ciddi ehtiyatlara söykənən ölkə iqtisadiyyatının bütün resursları sosial sahədə çalışan vətəndaşlarımızın rifahına hesablanıb, onların xidmətinə yönəldilib”.
İctimai.az