“Nar”dan müştərilər şikayət edirbackend

Azərbaycanda əhalinin ən çox şikayətləndiyi məsələlərdən biri mobil operatorlar və onların fəaliyyətidir. İstər sosial şəbəkələrdə, istərsə də informasiya portallarında mobil operatorlarla bağlı narazılıqlar müntəzəm işıqlanır.

Qeyd edək ki, ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də ön sıralarda yer tutmasına baxmayaraq, xidmət və keyfiyyətdə digərlərindən geri qalır. Son zamanlar isə bu narazılıqlar silsilə halını alıb.
Ölkənin ən böyük mobil operatorlarından biri olan “Nar” mobil şirkətindən də şikayətlər səngimir. Ölkənin aparıcı mobil operatorunun istifadəçilərinə yaratdığı problemlərlə bağlı müntəzəm şikayətlər edilir.
İctimai.az-a daxil olan şikayətlərdə balansdan əsassız olaraq müxtəlif kampaniyalar adı ilə pul çıxarılması, tariflərin qiymətlərinin baha olması, abunəçilərə  təqdim olunan internetin keyfiyyətinin aşağı olması, bəzi istifadəçilərin şəbəkə problemləri ilə üzləşməsi kimi problemlər üstünlük təşkil edir.
Bir neçə şikayəti diqqətinizə çatdırırıq:
“Nar”ın internet paketinə qoşuldum. 13 manat ayda ödəniş edirəm, əvəzində 7 GB internet və gecə limitsiz internet təklif olunur. Amma sadəcə təklif olunur. Gecə 12-dən sonra verilən internetin sürəti qat-qat aşağı olur. Bununla bağlı dəfələrlə müraciət etsək də, problemin tezliklə həll olacağını deyirlər, amma nəticə yenə yoxdur.
Başqa bir şikayət isə cəbhəboyu ərazidən göndərilib.
Salam. Mən sizə Füzulidən müraciət edirəm. Burda nəinki internet, həmdə normal şəbəkə tapıb yaxıblarımızla əlaqə saxlaya bilmirik. Hər ay internetə nə qədər pul yükləyirik, amma istifadə edə bilmirik. 5 ildir həm zəng edirik, həm yazırıq, amma heç bir tədbir görmürlər.
Qeyd edək ki, bu tipli şikayətlər müntəzəm olaraq göndərilir. Məsələ diqqətimizdədir və şikayətləri dəqiqləşdirib işıqlandıracağıq.

İctimai.az