“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldıbackend

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” böyük maraqla davam edən Kudos intellektual-əyləncəli oyunlarının dördüncü mövsümünün finalçılarının mükafatlandırılmasına dəstək olub. 300-ə yaxın komandanın iştirak etdiyi yarışmanın bu mövsümündə “Nar” qalib olan komandaları təbrik edərək onlara xüsusi hədiyyələr təqdim edib.

“Nar” ölkədə intellektual oyunları dəstəkləyərək gənclərin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirir. Mobil operatorun korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri təhsilin və intellektual fəaliyyətlərin təşviqi ilə cəmiyyətin intellektual potensialını gücləndirməkdir. “Nar”ın bu istiqamətdə həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.