ABŞ prezidenti Donald Trampın administrasiyası sürətlə “demokratikləşmə gündəmi”ndən uzaqlaşır. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında deyib.
Apreldə Narışkin məlumat vermişdi ki, martın 11-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratklifflə telefon danışığı olub. Söhbət zamanı tərəflər Rusiya ilə ABŞ arasında qarşıdurmanın azaldılması, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə SVR və MKİ arasında müntəzəm təmaslar barədə razılığa gəliblər.
Daha sonra Narışkin Ratcliffe ilə görüşə biləcəyini söylədi.