Pivənin müntəzəm istehlakı ürək, mədə və böyrəklərdə problemlərə səbəb olur və güclü növlərə üstünlük vermək pivə alkoqolizminin əlaməti ola bilər. Bu barədə Gazeta.Ru-ya psixoterapevt, psixiatr-narkoloq və AlkoSpas klinikasının baş həkimi Aleksandr Polikarpov məlumat verib.
“Az alkoqollu pivədən güclü pivəyə keçid alkoqol asılılığının formalaşmasından xəbər verir. Bununla belə, istənilən pivə orqanizmə, xüsusən də ürək-damar, həzm sistemləri və böyrəklərə düzəlməz ziyan vurur”, – deyə həkim bildirib.
Polikarpovun sözlərinə görə, pivə yüksək təzyiqə səbəb olur və ürəyə yükü artırır. Bundan əlavə, bu spirtli içki mədəyə mənfi təsir göstərir.
Mənbə: Gazeta.Ru