Narkotik sürücü DİN tərəfindən saxlanıldıbackend

Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi və hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə keçirilən profilaktik tədbirlər davam edir.

Doğru.az xəbər verir ki, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı 28 yaşlı Tural Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi üçün saxlanılıb.

Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı avtomobil təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq zamanı narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib.

R.Qasımov barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib.