Amerika Kosmik Agentliyi NASA Aya ilk qadın və ilk qaradərili endirmək planından imtina edib.
Bu barədə Guardian qəzeti məlumat yayıb.
Bu vəd 1972-ci ilin dekabrında Apollon missiyasından sonra ilk dəfə 2027-ci ildə Aya insanları endirməyi planlaşdıran kosmik agentliyin Artemis proqramının mərkəzi hissəsi idi.
Qəzet qeyd edib ki, agentlik öz internet səhifəsindəki Artemis səhifəsindən bu ifadəni çıxarıb: “NASA əvvəlkindən daha çox Ay səthini tədqiq etmək üçün innovativ texnologiyadan istifadə edərək ilk qadını, ilk rəngli insanı və ilk beynəlxalq astronavtı Aya endirəcək”.