NASA Marsdan torpaq nümunələrinin çatdırılması üçün özəl şirkətləri işə götürə bilərbackend

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsdan torpaq nümunələrinin geri gətirilməsi layihəsi üzərində SpaceX və Blue Origin kimi özəl şirkətlərlə əməkdaşlıq etməyi düşünür.

TASS xəbər verir ki, bunu Amerika Kosmik Agentliyinin rəhbəri Bill Nelson deyib.

Nelson qeyd edib ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Perseverance rover tərəfindən toplanmış Mars qaya nümunələrinin geri qaytarılması 2040-cı illərə qədər mümkünsüz olub və ən azı 11 milyard dollar xərc tələb edəcək. Bu, NASA-nı nümunələri Yerə çatdırmaq üçün alternativ variantlar axtarmağa sövq etdi.

Seçimlərdən biri, əvvəllər bir neçə missiyada sübut edilmiş “səma kranı” texnologiyasından istifadə etməkdir. Bu, kiçik NASA eniş aparatını daşıyacaq ESA kosmik gəmisinin Mars orbitinə göndərilməsini nəzərdə tutur. Eniş aparatı planetin səthindən qaya nümunələrini toplayacaq və onları Yerə qaytaracaq ESA kosmik gəmisi ilə birləşmək üçün orbitə qayıdacaq. Belə bir layihənin dəyəri 6,6-7,7 milyard dollar qiymətləndirilir.