NASA Amerika peykinin Kiyev səmasında düşməsi ilə bağlı şayiələri təkzib edib, çünki obyekt hələ də orbitdədir.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz hazırda orbitdə qalan RHESSI adlı NASA peykini izləyirik”, – agentliyin sözçüsü bildirib.
O, həmçinin əlavə edib ki, peyk ABŞ Müdafiə Nazirliyi ilə birgə izlənilir və obyekt 19 aprel ET vaxtı ilə 20:50 (20 aprel Moskva vaxtı ilə 03:50) 1 saat yuxarı mümkün sapma ilə Yer atmosferinə daxil olacaq.

