NATO Almaniyanın qərbindəki Qeylenkirxen aviabazasında mümkün terror təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Bu barədə “Zeit” bazanın nümayəndəsinə istinadən yazır.
Ehtiyat tədbiri olaraq, kritik əməliyyatlarda iştirak etməyən bütün işçilər evə göndərilib. Geilenkirchen sözçüsü bunun standart təhlükəsizlik tədbiri olduğunu vurğulayıb. O əlavə edib ki, mümkün təhlükə haqqında məlumat kəşfiyyatdan daxil olub.
Geilenkirchen sözçüsü bunun narahatlığa səbəb olmadığını, sadəcə olaraq “kritik əməliyyatların” işləməyə davam etməsini təmin etmək üçün ehtiyat tədbiri olduğunu söylədi.
Mənbə: Zeit