Türkiyənin BRİKS dövlətləri ilə əməkdaşlıq etmək hüququ var; bu, Ankaranın Şimali Atlantika Alyansına üzvlüyünə zidd deyil. Bu barədə NATO-nun baş katibi Mark Rutte Tallində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Türkiyənin BRİKS ilə əməkdaşlığı NATO-da müzakirələrə səbəb ola bilər, lakin Ankaranın hərəkətləri qanunidir.
Bununla yanaşı, Rutte vurğulayıb ki, BRİKS ilə təmaslar Türkiyə və NATO-nun bir-biri üçün rolunu dəyişməyəcək. Onun sözlərinə görə, Alyans Türkiyədə çox populyardır, Türkiyə Alyansda çox populyardır və NATO Türkiyənin müttəfiqi olmasından “xoşbəxtdir”.