NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin Komandanı general Aleksus Qrinkeviçin sözlərinə görə, ABŞ Avropa ilə Rusiya arasında birbaşa toqquşma riskini azaltmaq üçün çalışır.
Qrinkeviç ABŞ Senatının dinləmələrində bildirib ki, “ABŞ-ın Avropa Komandanlığı Avrasiya boyunca strateji sabitlik şəraitini bərpa etmək və Rusiya ilə Avropa arasında münaqişə riskini azaltmaq üçün tərəfdaşlarımızla birlikdə çalışır”.
Onun sözlərinə görə, vəziyyət bir sıra Avropa ölkələrinin Rusiyanı “mövcudluq təhlükəsi” hesab etməsi ilə daha da ağırlaşır.














