Estoniya-Finlandiya elektrik kabelinin Est Link 2-nin zədələnməsi ilə bağlı insidentdən sonra Şimali Atlantika Alyansı Baltik dənizində mövcudluğunu artırmaq niyyətindədir.
Bu barədə “İnterfaks” agentliyinə istinadən Estoniyanın baş naziri Kristen Mixal mətbuat konfransında bildirib.
“Dəqiq addımlar atılmayana qədər ictimaiyyətə açıqlanmayacaq”, – deyə rəsmi bildirib.
O, həmçinin Est Link 2-də təxribat törətməkdə şübhəli bilinən və Rusiyanın “kölgə donanmasına” aid olduğu iddia edilən Eagle S tankerini saxladığı üçün Finlandiyanı tərifləyib.
Mixal Fin tərəfinin bu addımını “çox prinsipial” adlandırıb və Estoniyanın da eyni addımı atmağa hazır olduğunu qeyd edib.