NATO-nun baş katibi Mark Rutte X sosial şəbəkəsindəki səhifəsində alyansın yeni proqramı çərçivəsində Ukraynaya ilk hərbi yardım paketlərindən birinə vəsait ayırmağa qərar verən Skandinaviya ölkələrinə təşəkkür edib.
“Mən Danimarka, Norveç və İsveçə ABŞ-dan Ukraynaya hərbi dəstək paketini maliyyələşdirmək üçün operativ addım atdıqlarına görə təşəkkür edirəm.
Ruttenin sözlərinə görə, bu, Kiyevin mövqelərini gücləndirməklə, “həyati vacib avadanlıq və zəruri əşyaların” cəbhə xəttinə çatdırılmasına imkan verəcək.