Anadolu Agentliyinin məlumatına görə, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Rusiya siyasətini 100 illik perspektivlə qurur.
“Biz 50 illik üfüqə baxan çinlilərlə məşğul oluruq. Biz 100 illik üfüqə baxan ruslarla məşğul oluruq. Biz bütün ölkələrdə uzunmüddətli planları, tərəqqisi və texnologiyası olan iqtidarda olanlarla məşğul oluruq”, – o vurğulayıb.
Türkiyə haqda danışan diplomat ABŞ prezidenti Donald Trampla prezident Rəcəb Tayyib Ərdoğan arasındakı “dostluğu” xatırladıb. Onun sözlərinə görə, iki lider bu bağı “qeyri-adi əlaqələr” vasitəsilə qurublar.














