NATO-nun baş katibi Mark Rutte Litvada təlimlər zamanı itkin düşən 4 amerikalı əsgərin öldüyünü vaxtından əvvəl açıqlayıb.
Bu barədə Alyansın mətbuat katibi Allison Hart özünün X səhifəsində məlumat verib.
Onun sözlərinə görə, itkin düşən əsgərlərin axtarışı davam edir.
“Biz NATO baş katibinin bu məsələ ilə bağlı şərhləri ilə bağlı yaranmış anlaşılmazlığa görə təəssüflənirik”, o yazıb.
Hart vurğulayıb ki, Rutte əsgərlərin ölümünü təsdiqləməyib, sadəcə onların mümkün ölümləri ilə bağlı mediada yazılanlara istinad edib.