NRK-nın Norveç Müdafiə Nazirliyinin açıqlamasına istinadən verdiyi məlumata görə, NATO Norveçin Bodo şəhərində yeni Birgə Arktika Hava Əməliyyatları Mərkəzi yerləşdirəcək.
Bəyanatda deyilir: “Tələb olunan sahənin hərtərəfli qiymətləndirilməsindən sonra Bodo şəhəri sonda seçildi”.
Bodo meri Odd Emil İnqebriqtsen bildirib ki, “belə bir vacib hərbi obyektə” ev sahibliyi etmək böyük bir məsuliyyətdir, lakin şəhər buna hazırdır.
Agentlik İnqebriqtsenin sözlərinə istinadən bildirib ki, “Bodo uzun müddətdir ki, obyekt üçün yaxşı yer olub və olacaq”.















