NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12% artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2% artaraq 438,1 milyon avroya çatıb. Bu barədə Reuters xəbər verir.
Nəşr qeyd edir ki, Şimali Atlantika Alyansının hərbi büdcəsinin artırılması NATO üzvü olan ölkələrə ümumi təhlükəsizlik çağırışlarını daha effektiv həll etməyə imkan verəcək.
Bundan əvvəl məlum olub ki, ABŞ Senatı gələn həftəyə milli müdafiə ayırmaları haqqında qanun layihəsinə səsverməni təyin edib.
Mənbə: Reuters











