Reuters agentliyi NATO-nun baş katibi Mark Ruttenin blokun fəaliyyəti ilə bağlı illik hesabatına istinadən xəbər verir ki, Avropa NATO üzv dövlətləri və Kanada 2025-ci ildə müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırıblar.
Onun sözlərinə görə, üç ölkə 2025-ci ildə 3,5% həddinə çatıb.
Baş katib gözləyir ki, 7-8 iyul 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində keçiriləcək növbəti NATO sammitində müttəfiqlər 5% hədəfinə çatmaq üçün aydın və real bir plan təqdim edəcəklər.
Rutte əlavə edib ki, bu il ABŞ-ın bütün 32 NATO üzv dövləti arasında hərbi xərclərin payı 60% olub.














