NATO-nun baş katibi deyir ki, Trampla görüşdə Ukraynaya qoşun göndərilməsi müzakirə olunmayıbbackend

ABŞ prezidenti Donald Trampla görüşlərdə Avropa və Amerika qoşunlarının Ukraynaya göndərilməsi məsələsi ümumiyyətlə müzakirə olunmayıb.

Bunu Fox News telekanalına müsahibəsində NATO-nun baş katibi Mark Rutte deyib.

“Bu məsələ bu gün ümumiyyətlə müzakirə olunmayıb. Bu, yaxın günlərdə və həftələrdə yeni anlaşma səviyyəsinə çıxaracağımız danışıqların bir hissəsi olacaq”, – Rutte bildirib.