NATO-nun baş katibi Rusiya Federasiyasını alyansın hava məkanını pozmaqda ittiham edibbackend

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya raket və pilotsuz uçuş aparatları ilə Şimali Atlantika Alyansının hava məkanını dəfələrlə pozub.

RİA Novosti xəbər verir ki, o, sözlərinə heç bir sübut təqdim etməyib.

“Rusiya PUA-larının və raketlərinin NATO-nun hava məkanına təkrar infiltrasiyası təhlükəli və qəbuledilməzdir. NATO artıq şərq cinahda hava hücumundan müdafiəsini gücləndirib və bunu davam etdirir”, – Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, həmçinin alyansın bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib və NATO-nun Qara dəniz regionunda təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.