NATO-nun baş katibi Mark Rutte NATO müttəfiqlərini Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb və onun dünyada və Avropada “əsas sabitliyi pozan qüvvə” olduğunu iddia edib. Onun bu sözləri Rumıniyada keçirilən sənaye müdafiə forumunda deyib.
“Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq… Onlar uzunmüddətli qarşıdurmaya hazırlaşırlar. Biz sadəlövh ola bilmərik. Biz də hazır olmalıyıq”, – Rutte bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko ilə görüşü zamanı Rusiyanın qərb ölkəsinə hücum planları ətrafında yaranmış isterikaya görə Qərb siyasətçilərini “qorxu filmi mütəxəssisləri” adlandırmışdı.














