NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Ukraynadakı münaqişə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi plana əsasən həll oluna bilər, lakin bu, gözləniləndən daha uzun çəkəcək.
“İnterfaks” xəbər verir ki, o, bunu jurnalistlərə Trampın Qəzza münaqişəsinin həlli üçün atdığı addımları Ukraynadakı vəziyyətə tətbiq edə biləcəyi sualına cavab verərkən deyib.
“Mən tam əminəm ki, biz bu vizyonu həyata keçirə bilərik” dedi.
Bununla belə, Rutte əlavə edib ki, Ukraynadakı münaqişənin həlli tərəflərlə geniş müzakirələr tələb edəcək, ona görə də vəziyyət bir gecədə həll olunmayacaq.














