NATO-nun baş katibi Mark Rutte Qərb ölkələrini münaqişənin gedişatını dəyişmək üçün Ukraynaya hərbi yardımı təcili artırmağa çağırıb.
Onun sözlərini Bild nəşri sitat gətirir.
“Bizim dəstəyimiz sayəsində Ukrayna mübarizəni davam etdirir. Lakin biz bu münaqişənin gedişatını dəyişdirmək üçün daha da irəli getməliyik”, – Rutte bildirib.
NATO-nun baş katibi hesab edir ki, Kiyevin müttəfiqləri əlavə hava hücumundan müdafiə sistemini təmin etməli və alyansın Vaşinqtonda keçirilən sammitində Ukraynaya verdiyi vədləri yerinə yetirməlidir. Söhbət ilin sonuna qədər 40 milyard avro məbləğində yardımın göstərilməsindən gedir, deyə o, aydınlaşdırıb.