ABŞ yeni administrasiyasının Şimali Atlantika Alyansına qarşı düşmənçilik siyasəti fonunda Avropa öz tənhalığı ilə barışmalıdır. Bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Economist” jurnalı üçün məqaləsində yazıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar indi NATO-ya o qədər düşmən münasibət bəsləyir ki, Avropa özünün ekzistensial zəifliyi və tənhalığı ilə barışmalıdır.
Rasmussen vurğulayıb ki, Şimali Atlantika Alyansı dövlətləri arasında münasibətlər gözümüzün qabağında pozulur.Vaşinqton Qrenlandiyanı ilhaq, Avropa ölkələrini isə ticarət müharibəsi ilə hədələyir.
Mənbə: RİA Novosti