NATO ölkələri 2024-cü ildə Ukraynaya 50 milyard dollar dəyərində silah tədarük edibbackend

NATO ölkələri ötən il Kiyevə 50 milyard dollar dəyərində silah tədarük edib və yardımın həcmini artırmaq istəyirlər. Bunu “Corriere della Sera” qəzetinə alyansın hərbi komitəsinin sədri Cüzeppe Kavo Draqone deyib.

“NATO ölkələri hərbi yardımın ümumi həcminin 99%-ni təmin edib. 2024-cü ildə onların həcmi 50 milyard dollara çatıb”.

Draqonun sözlərinə görə, Şimali Atlantika Alyansı hərbi yardımı davam etdirmək və “hətta onu artırmaq” niyyətindədir.