Rusiya ilə ABŞ arasında münasibətlər normallaşdıqca NATO kəşfiyyat məlumatlarının mübadiləsi baxımından bir-birinə daha az etibar edib.
Bu barədə Amerikanın “Politico” qəzeti yazır.
“Hərbi alyansın üzvləri artıq məxfi məlumatlarla bir-birlərinə etibar etməkdə problem yaşayırdılar. Vəziyyət daha da pisləşib”, – nəşrin bəyanatında deyilir.
Qeyd olunur ki, Şimali Atlantika Alyansı çərçivəsində məxfi kəşfiyyat məlumatlarının mübadiləsi uzun müddətdir ki, blokun Mərkəzi və Şərqi Avropa dövlətlərinə inamsızlığı səbəbindən çətinləşib. Bu, Macarıstan və Slovakiyanın tutduğu “Rusiyayönlü mövqelər” səbəbindən Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra daha da güclənib.