NATO Rusiyadan gələn Çin gəmisinin Baltikdə kabelləri zədələdiyindən şübhələnirbackend

NATO Rusiyadan üzən Çin gəmisinin Baltik dənizində lövbərlə kabelləri qəsdən zədələməkdən şübhələnir.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edir ki, Yi Penq 3 yük daşıyıcısının heyəti gəminin yavaşlamasına baxmayaraq, qəsdən lövbər salmaqda və hərəkətini davam etdirməkdə şübhəli bilinir. Bir müddət sonra İsveç və Litva arasında ilk kabelin qırılması ilə bağlı məlumatlar görünməyə başladı.

Mənbələr iddia edir ki, bu zaman gəminin yeri haqqında məlumat ötürən transponder söndürülüb.

Müstəntiqlərin sözlərinə görə, bir neçə saat sonra yük gəmisi Almaniya ilə Finlandiya arasında ikinci kabeli kəsib. Hazırda yük gəmisi Baltik və Şimal dənizlərini birləşdirən Katteqat boğazında dayanıb.