Ukraynadakı münaqişənin həlli çətin qərarlar tələb edəcək. Reuters agentliyinin məlumatına görə, NATO-nun baş katibi Mark Rutte bunu Kiyevə səfəri zamanı Ukrayna parlamentində çıxışı zamanı bildirib.
Rutte fevralın 3-də Kiyevə gəlib.
Baş katib əmin edib ki, PURL təşəbbüsü çərçivəsində silah tədarükü proqramı Ukraynanın hava hücumundan müdafiə sistemlərinin 90%-ni təmin edir.
Yanvar ayında Rutte Ukraynanın ona verilən uzun mənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı NATO liderləri ilə pərdəarxası məsləhətləşmələr apardığını açıqlayıb.















