NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Rusiyada baş verənləri öz daxili işi hesab edir.
TASS xəbər verir ki, o, bu barədə Vilnüsdə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz Rusiyadakı vəziyyəti izləyirik. Həftə sonu baş verən hadisələr Rusiyanın daxili işidir”, – Stoltenberq bildirib.
İyunun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi ilə telefon danışığı keçirib, söhbət zamanı onlar “Vaqner” özəl hərbi şirkətinin (PMC) hərəkətləri fonunda Rusiyada vəziyyətin inkişafını müzakirə ediblər.
“The New York Times” (NYT) Amerika rəsmilərinə istinadən yazıb ki, ABŞ üsyan zamanı Rusiya Silahlı Qüvvələrinin müdafiəsində heç bir boşluq aşkar etməyib.
Mənbə: TASS