Naxçıvan aeroportunun fəaliyyəti bərpa edildibackend

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış reyslər icra olunacaq.

Qeyd olunub ki, hazırda aeroportda İran ərazisindən dron hücumu nəticəsində zərər görmüş hissələrdə təmir işləri aparılır.