Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ülvi Əhmədov vəzifədən azad olunub.
Bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən APA-ya məlumat verilib.
Bildirilib ki, müvafiq əmri Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov imzalayıb.