Fevralın 6-da #GənclərHəftəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrında 300-dən çox gəncin iştirakı ilə “Gənclər və Davamlı İnkişaf Forumu” keçirilib.
Forumda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış ediblər.
Forum çərçivəsində dövlət, özəl sektor və media qurumlarının rəhbər nümayəndələri, Gənclər üçün Prezident mükafatı laureatlarının iştirakı ilə “İnsan kapitalının inkişafı: bilik, bacarıq və potensial”, “İdeya, biznes və media: gənclərin imkan xəritəsi” mövzularında panel sessiyaları təşkil olunub.














