Nazir Azərbaycanda yaradılacaq yeni ixtisaslarla bağlı DANIŞDIbackend

“Azərbaycanda yeni ixtisaslar yaradılacaq”.

İctimai.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, növbəti tədris ilində yeddi ixtisas yaradılacaq:

“Uğurlu olan SABAH qruplarının magistratura səviyyəsində yeni olan – kiber təhlükəsizlik, kompüter elmləri, şəhərsalma və planlaşdırma və sair ixtisaslar yaradılacaq”.

Nazir qeyd edib ki, Azərbaycanda peşə təhsilinin də inkişafı ilə bağlı işlər görülür:

“Hazırda peşə təhsilin nüfuzunun qaldırılması istiqamətində işlər aparılır. Biz sentyabr ayında qısa müddətli kursların hazırlanması, yüksək peşə ixtisası modelləri üzərində yeni peşə ixtisası təhsillərini təhvil vermək istəyirik. Bu təxminən 600-ə yaxın şagirdi əhatə edəcək”.