Nazir general və polkovniki vəzifəsindən azad etdibackend

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general İsrayıl Məhərrəm oğlu Əliyev vəzifəsindən azad edilib.

O, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Bakı Regional Mərkəzinin sabiq rəisi, polkovnik Hikmət Mərdan oğlu Abbasov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi təyin  edilib.

İctimai.az