Nazir icra başçısının polkovnik oğlunu işdən çıxardı – FOTObackend

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavinini vəzifəsindən azad edib.

Qaynarinfo-nun məlumatına görə, nazirin müvafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.