Fövqəladə hallar nazirinin müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyev vəzifələrindən azad olunublar.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, sözügedən generalların yerinə təyinat olunsa da, nazirliyin rəsmi internet səhifəsinin rəhbərlik bölməsində dəyişiklik edilməmişdi.
Cəbrayıl Eldar oğlu Xanlarov Orucəli Hacıyevi əvəz edib. O bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.
Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.














