Nazirdən yeni təyinatbackend

Ədliyyə naziri Firkət Məmmədov nazirliyin İcra Baş İdarəsinə rəis müavini təyin edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qabil Həmzə oğlu Əliyev bu vəzifəyə təyin olunub.

Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2007-ci ildən etibarən Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb.

Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.

Sabiq rəis, ədliyyə generalı Nürəddin Mustafayev vəzifəsindən azad olunub.

İctimai.az