Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADIbackend

Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında araşdırma aparması barədə açıqlama verib.

NazirlikdənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır:

“Aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.

Qeyd edilib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.