Nazirlik “Virtual Azərbaycan Qrup of Kompani” şirkətinə lisenziya veribbackend

“Virtual Azerbaijan Group of Companies” şirkəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyası alıb.

Qeyd edək ki, 2014-ci ildən fəaliyyətə başlayan “Virtual Azərbaijan Group of Company” şirkəti hazırda Azərbaycanda İT sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir.

Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işlərin avtomatlaşdırılmasına və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir.

Bununla yanaşı “Virtual Azerbaijan Group of Companies “İnformasiya-kommunikasiya texnolgiyaları” standartlaşdırma üzrə Texniki Komitəyə (AZSTAND/TK 05) üzv təşkilatlardan biridir.