Nazirlikdə yüksək vəzifəyə TƏYİNAT – FOTObackend

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.

Bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.