Nəcmiyyə Zeynalzadə: Koronavirusun qarşısının alınması üçün dövlətin görüdüyü tədbirlər və vətəndaşların məsuliyyətsiz davranışları haqqında İctimai.az saytina müsahibə verib.backend

Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və İctimai Nəzarət Koalisiyasının Tərtər rayonu üzrə rəhbəri Nəcmiyyə Zeynalzadə İctimai.az saytına müsahibə verib. 

Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və İctimai Nəzarət Koalisiyasının Tərtər rayonu üzrə rəhbəri bildirib ki, koronavirus adlı bəla hələ də davam etməkdə,və bu bəla ilə bağlı dünyada, facilələr yaşanmaqdadır.Təəssüflər olsun ki, bu virus bizim dövlətimizdəndə yan keçmədi. Prezident cənab İlham Əliyevin vaxtında atdığı addımlar sayəsində koronavirusun geniş yayılmasının qarşısı alındı.Prezident cənab İlham Əliyevin sərəncamıyla bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salındı.Və martın 24-dən xüsusi karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan olunmuşdur.Ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi dayandırılmışdır.Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi.Pandemiyadan zərər çəkmiş, iş yerlərini itirmiş, iş yerləri bağlanmış və ya işsiz insanlara 2 aylıq 190 manat həcmində birdəfəlik ödəmələr verilməyə başlandı və nəzərdə tutulan 200 min insan idi ancaq bu artırılaraq 600 min insana çatdı. 6 modul tipli xəstəxanın tikilməsi ilə bağlı vəsait ayrıldı və ilk modul tipli xəstəxanın açılışı oldu.Hazırda bu xəstəxanaların sayı dördə çatıb. Ən əsası budur ki, pandemiyaya görə bəzi məhsullar Azərbaycanda istehsal edilir. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı.Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur.Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır.İki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığı cənab Prezident bir daha sübüt etdi ki, mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur. Bunuda bilmək lazımdır ki,bu seçim insanların sağlamlığını qorudu ancaq iqtisadiyyatda böyük ziyanlar vurdu.Virusdan sağlam və az itkilərlə çıxa bilməyimiz üçün gecə-gündüz demədən həkimlərimiz,polislərimiz bizim üçün çalışırlar,həyatlarını təhlükəyə atırlar bunu heç vaxt unutmaq olmaz ona gördə bizdə qəhrəmanlarımıza dəstək olmalıyıq.

Nəcmiyyə Zeynalzadə görülən tədbirlərin nəticəsində vətəndaş məsuliyyətsizliyindən də danışıb bildirib ki,sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayında yumşalmalar başladı. Ancaq ki,son günlərdə yoluxanların sayı artır.Bu məhz karantin rejiminin yumşaldılmasından istifadə edən vətəndaşların məsuliyyətsiz davranışlarının nəticəsidir.Qayda qanunlara əməl etməmək, maska taxmaqmaq və məsafə saxlamamaq başa düşmürlər ki, bu məsuliyyətsizlik böyük itkilərə səbəb olacaq və cəmiyyətin sağlamlığına təhlükə yaradır və yaradacaqda.Amma yenədə dövlətimiz düşünülmüş addım atdi və yenə məhdudlaşdırıcı tədbirlər tətbiq olundu.Məqsəd yoluxmanın sürətini azaltmaqdır. Bu gözəgörünməz düşmənlə biz üz-üzəyik. Sağlamlığımızı əzizlərimizi bizdən almaması üçün qoyulan qayda qanunlara və tələblərə əməl etməliyik.Əziz Azərbaycan xalqı gələcəyimiz bu günlərdən aslıdır.Ciddiyə alın bu bəlanı məsuliyyətli və anlayşlı olaraq qayda qanunlara əməl edin ki,biz bu düşmənə qalıb gələk! Uca Tanrı sizi, siz isə özünüzü qoruyun.

İctimai.az