“Nəfəs” ictimai birliyinin sədri şəhid İsrail Cəfərzadənin ailəsini ziyarət etdibackend

“Nəfəs” ictimai birliyinin komandası ikinci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidimiz XTQ-nin baş kəşfiyyatçı şəhidi İsrail Cəfərzadənin ailəsini ziyarət edib.

“Yeni Gündəm” xəbər verir ki, “Nəfəs” ictimai birliyinin sədri Firəngiz Balakişiyeva açıqlamasında qeyd etdi ki, bizsizəborcluyuq komandası olaraq şəhidimiz İsrayıl Cəfərzadənin ailə üzvlərini ziyarət etdik. 20 yaşlı İsrayılın döyüş yolu, Vətən müharibəsində göstərdiyi böyük cəsarət hər birimizin xatirəsində dərin izlər buraxdı. Bu gün İsrayılın atası Namiq Cəfərzadə oğlunun yaşadığı evi onun şəkil və əşyalarından ibarət muzeyə çevirib. Qəhrəmanımızın ruhu qarşısında baş əyir, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Qeyd edək ki, İsrailin hərbi xidməti Vətən müharibəsinə təsadüf edib. Cəbhədə göstərdiyi şücaiətinə görə döyüş yoldaşlarının xatirəsində böyük izlər qoyub.

Şəhidin atası Namiq Cəfərovun sözlərinə görə, İsrailin müharibənin ilk günlərində yaxın dostu, silahdaşı şəhid olub. O, dostunun köynəyini əyninə geyinərək, qanının yerdə qalmayacağına söz verib. O, bununla yanaşı minalanmış əraziyə tək başına girərək, silahdaşları üçün yol açıb. Döyüş yoldaşlarının Cəfərovlar ailəsinə verdiyi məlumata görə, İsrail addımbaaddım təmiz olduğu yerə iz buraxaraq onları ərazidən sağ-salamat keçirdib. Dostunun qanlı köynəyini üzərində daşıyan İsrail, döyüş yoldaşlarını xilas edərkən oktyabrın 17-də qəhrəmancasına şəhadətə qovuşub.

Qeyd edək ki, İsrail Cəfərzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.