Neftçala rayonunda təyyarə qəzasında həlak olanların ruhu 1 dəqiqəlik sükutla yad olunubbackend
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan soydaşlarımızın əziz xatirəsi Neftçala rayonunda 1 dəqiqəlik sükutla yad olunub və dövlət bayraqları rayon ərazisində endirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından qəzada dünyasını dəyişənlərin ailələrinə, yaxınlarına dərin hüznlə baş sağlığı veririk və yaralılara şəfalar diləyirik.