Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Teymur Allahverdiyev dəfn edilib.
İctimai.az “Report”a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Qaçaqkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Teymur Qüdrət oğlu Allahverdiyev 1967-ci il iyulun 14-də Neftçalanın Qaçaqkənd kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.
 
										















