Neftçalada işçi qrup yaradılıb – FOTOLARbackend
Neftçala rayonun şəhər, qəsəbə və kəndlərində mövcud su ehtiyatlarının səmərəli istifadəsinin təmin olunması ilə əlaqədar olaraq işçi qrupu yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2020-ci il tarixli 1986 nömrəli Sərəncamına əsasən Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılan Komissiyanın videokonfrans formatında 03 fevral 2022-ci il tarixində müşavirəsi keçirilib və qeyd olunan tapşırıqlara əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə doğru Kür çayı hövzəsi üzərində idarəetmə mexanizminin tətbiq edilməsi ilə əlaqədar olaraq işçi qrupu yaradılması ilə əlaqədar olaraq görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Neftçala Suvarma Sistemləri İdarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala Su Kanal İdarəsinin, Sudan İstifadəedənlər Birliklərinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə Neftçala rayonun yaşayış məntəqələri üzrə Kür çayından nəzarətdən kənar su nasoslarının və aqreqatlarının quraşdırılması ilə əlaqədar icazələrin alınması, sənədləşmə işlərinin aparılması; suvarma aparılan zaman su rejiminə, suvarma norma və qaydalarına əməl edilməsi, suyun əkin sahələrinə əkin normalarına uyğun və ədalətli bölünməsinə, sudan qənaətlə istifadə olunması müzakirə olunub və Neftçala rayonu üzrəmövcud su ehtiyatlarından səmrəli istifadənin təmin olunması və Kür çayında idarə etmə mexanizminin tətbiq edilməsi məqsədilə işçi qrupu yaradılıb.
Görüş qarşılıqlı müzakirələr ilə davam etdirilib.