Neftçalada “Mən Qarabağam” layihəsi həyata keçirilibbackend

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin və Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Mən Qarabağam” layihəsi həyata keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayonun hüquq-mühafizə orqanlarının və digər qurumların rəhbər şəxsləri, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunun aşılanması, Vətən Müharibəsi şəhidlərinin, qazi və iştirakçılarının cəmiyyətə tanıtdırılması, eyni zamanda həmin qrupdan olan şəxslərin cəmiyyətin həyatında fəal iştirakçılığının təmin və təşviq olunması, tarixi qələbəmizin təbliği, Neftçala rayonu daxil olmaqla, digər rayonlardan da qonaqların dəvət olunması ilə həssas qrupdan olan şəxslər arasında şəbəkələşmənin təşkili dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının təbliğ edilməsidir.

Tədbirdə ilk öncə Xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə qonaq qismində Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, şəhid Camal İsmayılovun anası İsmayılova Filarə Sabir qızı, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Kamil Şirinovun atası, ehtiyatda olan zabit Şirinov Əliş Səddalı oğlu, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Qurbanov Səfər Qurban oğlu, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Kəşfiyyat Bölüyünün keçmiş komandiri, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ağayev Qəzənfər Mahmud oğlu, Vətən müharibəsi iştirak iştirakçısı, 33 gün erməni əsirliyində olmuş, II qrup müharibə əlili Musayev Amin Amil oğlu, Vətən Müharibəsi iştirakçısı, I qrup müharibə əlili Alxasov Camal İlqar oğlu, Vətən müharibəsi iştirakçısı, II qrup müharibə əlili, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Abdullayev Yusif Vüsal oğlu və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Radiologiya şöbəsinin ordinatoru, tibb xidməti mayoru Zamanov Seymur Nağdəli oğlu iştirak edib. Vətən Müharibəsinin real iştirakçıları olan qəhrəman döyüşçülər Şanlı Zəfərin qazanılması yolunda aparılmış mübarizədən, real döyüş xatirələrindən bəhs edərək müharibə təəsüratlarını bölüşüblər. Əbədiyyət zirvəsinə ucalmış qəhrəman şəhidlərimizin valideynləri gənclərimizə vətənpərvərlik ruhunda yaşamaları və hər an Vətənin müdafiəsinə hazır olmaları barədə öz tövsiyələrini veriblər. Şəhid valideynləri eləcə də şəhid övladlarının uşaqlıq xatirləri barədə məlumat verərək, tədbir iştirakçılarında unudulmaz təəsüratlar yaratdılar. Tədbirdə qəhrəman şəhidlərimizlə bağlı real faktlara əsaslanan videoçarxlar nümayiş etdirilib. Tədbirin bədii hissəsində Biləsuvar Regional Mədəniyyət İdarəsinin Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzinin əməkdaşları və Camal İsmayılov adına Neftçala Uşaq İncəsənət Məktəbinin şagirdləri iştirakı ilə maraqlı kompozisiya təqdim edilib.