Neftçalada növbəti səyyar qəbul keçirildibackend

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Aşağı Qaramanlı kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

İctimai.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Mirhəsən Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələr olduğu kimi ordu qurculuğu da xüsusi inkişaf etdirilib. Ulu öndərin qayıdışından sonra orduya xüsusi diqqət və qayğının göstərilməsi, nizami ordu quruculuğu prosesinə başlanılıb. Ulu öndər siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz müasir silahlar, avadanlıqlarla təchiz olunub.

RİH başçısı Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 4 iyun 2024-cü il tarixində təməli qoyulan  315 mkvt gücündə Neftçala Günəş elektrik stansiyası haqqında görüş iştirakçılarını geniş məlumatlandırıb.

M. Seyidov Neftçalada görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.