Neftçalada Novruz bayramında şəhid ailələri ziyarət olunubbackend

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar şəhid ailələri və Vətən müharibəsi qaziləri ziyarət olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun iştirakı ilə RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri şəhid ailələrinin yaşadığı evlərə bayram günlərində baş çəkib. RİH Başçısının tapşırığı ilə şəhidlərimiz dəfn olunduğu rayonun bütün ərazisini əhatə edən məzarlıqlarda, xatirə lövhələrində, abidə komplekslərdə geniş miqyaslı iməcliklər keçirilib.

Görüş zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların döyüş yolundan danışılıb. Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına bayram təbrikləri çatdırılıb, qayğıları öyrənilib və problemlər dinlənilib.

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə uyğun olaraq dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün qanuna müvafiq tədbirlər görürlər.

Şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.