Neftçalada şəhid büstünün açılışı oldu – Fotolarbackend

Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Vətən Müharibəsi Qəhəmanı” adına layiq görülən baş gizir İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

İctimai.az xəbər verir ki, tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Camal İsmayılovun ailə üzvləri və döyüş yoldaşları, şəhid valideynləri iştirak ediblər.

Büstün açılışı zamanı M. Seyidov Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbədən, döyüşlər zamanı, şəhid və qazilərimizin, o cümlədən, Camal İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb.

Tədbirdə iştirak edən, Camal İsmayılovun anası Filara xanım İsmayılova, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Əsnad İsmayılova, Camal İsmayılovun döyüş yolundan bəhs edən “Hadrud Fatehi” kitabının müəllifi Elnur Abdiyev, şəhidin döyüş yoldaşları və onunla eyni taborda vuruşub şəhid olmuş döyüşçülərin valideynləri çıxış edərək öz şücaəti ilə tarix yazan Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov barəsində xoş xatirələrini bölüşmüş, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun əziz xatirəsinə hörmət əlaməti olaraq ailəsi tərəfindən ehsan süfrəsi təşkil olunub.